Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İnanırıq ki, Qarabağda yenidənqurma işləri tez bir zamanda başa çatacaq

0

  •         İllərdir düşmən tapdağı altında olan torpaqlarımız bu gün azad nəfəs almaqdadır. Bu illər ərzində torpaqlarımız yararsız hala gətirilmiş, şəhərlər, kəndlər dağıdılmışdır. Bu yerlərin yararlı hala gəlməsi üçün bir sıra tədbirlər görülməlidir. Cənab Prezidentimiz İlham Əliyevin fərmanına əsasən bu ərazilərdə xüsusi idarəetmə yaradıldı. İlk öncə burada aşkar edilən hərbi texnika, silahlar zəhərləyici və partlayıcı maddələr toplanılmalıdır. Ərazilərin minalardan təmizlənməsi ilə bağlı tədbirlər görülür. Daha sonra isə işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün geniş, əhatəli tədbirlər planı nəzərdə tutulur. Həmin ərazilərdəki torpaqlar bərpa olunmalı, kənd təsərrüfatına yararlı hala gəlməlidir. Bundan sonra bu torpaqlarda yaşayacaq insanların istifadəsi üçün mexanizmlər hazırlanır. Burada bərpa olunan enerji üzrə də müzakirələr aparılır. Dağlıq Qarabağ və ətraf regionlarda hidroenerji, günəş, külək, bioenerji kimi bərpaolunan enerji mənbələri dəqiq hesablanır.                               Azad olunmuş ərazilərə daxil olmaqda yolların yox səviyyəsində olması çətinlik törədir. Buna görə də bu tarixi yolların bərpası sürətlə davam edir.                                                                    Azərişıq, Azərsu, Azəriqaz bütün heyəti ilə bu yerlərdə bərpa işlərini davam etdirir.          “İşğaldan azad edilmiş Azərbaycan ərazilərində təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə həmin ərazilərdəki təhsil ehtiyatları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır”-bunu təhsil nazirinin müavini Firudin Qurbanov bildirmişdir.                                İşğaldan azad edilən torpaqlarda tarixi mədəniyyət abidələri də bərpa olunacaq. Mədəniyyət Nazirliyinin abidələr və mədəniyyət müəssisələri üzrə ixtisaslı nümayəndələri tərəfindən işğaldan azad olunmuş rayonların ərazilərində monitorinqlərə başlanılmışdır. Aparılan ilkin monitorinqlər zamanı 56 mədəniyyət müəssisi, o cümlədən 25 kitabxana, 19 mədəniyyət evi və klub müəssisəsi, 7 muzey, 5 uşaq musiqi məktəbi aşkar edilmişdir. Bütün bu müəssisələr, demək olar ki tamamilə dağıdılmışdır. Bunların bərpası ilə bağlı monitorinqlər davam etdirilməkdədir. Biz bütün bu abidələri bərpa etmək əzmindəyik. İnanırıq ki, Şuşa qalası, Ağdamda yerləşən Cümə Məscidi, Şuşa Xalçaçılıq məktəbi, İsa bulağı, Cıdır düzü öz əvvəlki əzəmətini bərpa edəcək və əvvəl olduğu kimi indi də bütün dünya dövlətlərinin diqqət mərkəzinə çevriləcəkdir.                  Bu yerlərin doğma sakinləri də öz torpaqlarına qayıtmağa tələsir. Lakin bütün yaşayış yerləri erməni vəhşiləri tərəfindən yerlə-yeksan edilmişdir. Burada yaşayış yerlərinin, müxtəlif obyektlərin tikintisi böyük zəhmət tələb etsə də, inanırıq ki, bu yenidənqurma işləri tez bir zamanda başa çatacaq. Bu gün Qarabağın, xüsusilə Şuşanın rəmzi sayılan Xarıbülbül artıq rahat nəfəs alır.Vüsalə Hümbətova,Xocalı rayon sakini  
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib75 dəfə
    İnanırıq ki Qarabağda yenidənqurma işləri tez bir zamanda başa çatacaq

    Maraqlı gələ bilər
    125
    68
    260
    66